Əsas Səhifə > Güney Press > Azərbaycanda qızını boğan ata həbsdə öldü

Azərbaycanda qızını boğan ata həbsdə öldü


Bu gün, 11:08

Bakıda məhkum həbsxanada ölüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib.

Burada cəza çəkən 67 yaşlı İmanquliyev Məhərrəm Nəsir oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm İmanquliyev 2020-ci ildə Qubanın Barlı kəndində öz qızı 1991-ci il təvəllüdlü Zeynəbi əlləri ilə boğaraq öldürmüşdü. O, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Geri qayıt