Əsas Səhifə > Güney Press > Rusiyada gəmini talan etdi, 20 il axtardılar

Rusiyada gəmini talan etdi, 20 il axtardılar


Bu gün, 11:03

Rusiyada 20 il əvvəl gəmidən oğurluq etdikdən sonra istintaqdan yayınaraq Azərbaycana qaçan 59 yaşlı kişi nəhayət saxlanılıb.

Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə 2006-cı ildə Kamçatkada baş verib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs əlbir olduğu şəxslərlə birlikdə dəniz limanında körpüdə dayanan gəmiyə daxil olub. Onlar anbarın qapısının şüşəsini çıxararaq 550 min rubldan (təxminən 11 min 700 manat) çox dəyəri olan balıqçılıq avadanlıqlarını oğurlayıblar.

Oğurlanmış əşyalar əvvəlcədən icarəyə götürülmüş avtomobillə daşınıb və sonradan satılıb. Hadisədən sonra şübhəli istintaqdan yayınaraq Azərbaycana qaçıb və beynəlxalq axtarışa verilib. Onun cinayət ortaqları isə məhkəmə tərəfindən məhkum edilib.

20 ildən sonra həmin şəxs Moskva hava limanlarından birində saxlanılıb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi (oğurluq) ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.


Geri qayıt