Əsas Səhifə > Güney Press > 4,5 milyon manata bina təmiri
4,5 milyon manata bina təmiriBu gün, 10:19 |
|
DOST Agentliyi PHŞ (VÖEN: 1305817761) Salyan rayonu, Hacıqabul rayonu və Biləsuvar şəhəri ünvanlarında yerləşən DOST Agentliyi PHŞ-nin balansında olan inzibati binalarının (Filial) əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “İnnova İnşaat” MMC (VÖEN: 5501250581) olub. Tərəflər arasında 2 milyon 139 min manatlıq satınalma müqaviləsi imzalanıb. DOST Agentliyinin Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderin də qalibi “İnnova İnşaat” MMC olub. Bu işləri həyata keçirmək üçün şirkətə 2 milyon 359 min manat ödniş ediləcək. Müqavilələrin cəmi ümumi dəyəri 4 milyon 498 min manat təşkil edib. Qeyd edək ki, “İnnova İnşaat” MMC 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 493 min 10 manat olan şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Şirkət İmişli rayonu, Qaralar kəndi ünvanında yerləşir. Geri qayıt |