Əsas Səhifə > Güney Press > "Lənkəran-Çay-5" ASC bağlandı

"Lənkəran-Çay-5" ASC bağlandı


Bu gün, 06:06

"Lənkəran-Çay-5" Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini dayandıraraq passiv rejimə keçib.

32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini donduran Səhmdar Cəmiyyətinin hazırda dövlət büdcəsinə 7.225,88 AZN məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, 829.482 AZN nizamnamə kapitalı olan ASC Lənkəran rayonu, Haftoni ştq ünvanında hüquqi qeydiyyatdadır. Cəmiyyətin qanuni təmsilçisi Rakif Calal oğlu Calalovdur.


Geri qayıt