Əsas Səhifə > Güney Press > NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb

NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb


Bu gün, 05:58

NATO-nun Almaniyanın Visbaden şəhərində yerləşən və Ukraynaya hərbi yardımın əlaqələndirilməsi ilə məşğul olan NSATU komandanlığına ABŞ ordusunun general-leytenantı Giyom Boper rəhbər təyin edilib.

APA xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone bildirib.


O, bu vəzifədə amerikalı general Kertis Bazzardı əvəz edib. Bununla da Avropadakı bəzi komandanlıqların avropalı generallara verilməsi prosesinə baxmayaraq, NSATU komandanlığı ABŞ-ın nəzarətində qalıb.


Geri qayıt