Əsas Səhifə > Güney Press / Partiya > "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!"

"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!"


Dünən, 03:12

"Allah Nəriman Həsənzadəni rəhmət eləsin, yeri behişt olsun. Mən şairin vəfatı ilə bağlı "facebook" səhifəmdə bir yazı yazdım. Həmın yazını təxminən 15 min nəfər oxumuşdu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "İnstinktiv və savadsız münasibətlər təkrar paylaşım etməyimə səbəb oldu. Həsənzadəni digər şairlərlə müqayisə etmişdim. Mənim şeir anlamım fərqli ola bilər. Ağsaqqal və ağbirçəksayağı məni danlıyanlar əsasən deyirlər ki, mən Nəriman qağanın poeziyasını dərk etməmişəm. Ola bilsin ki savadım çatmayıb…
Ümumiyyətlə biz xalq olaraq böyük şəxsiyyətləri yad etmirik, tez unuduruq. Nəriman Həsənzadə dəfn olundu, sizləri tam əmin edirəm ki, bir neçə gündən sonra unudulacaq. 
Elə bu gün yazçı Elçin Əfəndiyevin vəfatından bir il ötür. Bir ilin içərisində onu yad etmişikmi? Mən "facebook"da paylaşım edəndə rastıma heç kim çıxmadı.
Saxta vətənpərvərlərə sözüm budur ki, gəlin hər il böyük yazıçı və şairlərin doğum və anım günündə onların məzarını ziyarət edək və universitetlərin birində onların xatirə gününü keçirək. Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!
Təkrar edirəm, Əli Kərim Nəriman Həsənzadədən böyük şairdir..."


Geri qayıt