Əsas Səhifə > Güney Press > Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki prosesBu gün, 17:42 |
|
Millət vəkili Əlibala Məhərrəmzadə “7Times.az” informasiya agentliyinin təsisçisi və baş redaktoru Cəlal Fərzəliyevə qarşı mülki qaydada qaldırdığı iddia ilə bağlı məhkəmə prosesində öz iddialarını müdafiə etməkdən imtina etdi. KONKRET.az xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində hakim Samir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə prosesində jurnalist iştirak etsə də, iddia tərəfi məhkəmədə iştirak etməyib və nəticədə məhkəmə işin baxılmamış saxlanılması haqqında qərar qəbul edib. Qeyd edək ki, iddia ərizəsində millət vəkili cavabdeh “7Times.az” informasiya agentliyinin təsisçisi və baş redaktoru Cəlal Fərzəliyevin iddiaçı Əlibala Məhərrəmzadə barədə yaydığı məlumatların iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilməsini, yayılan məlumatlara görə iddiaçı Əlibala Məhərrəmzadədən üzr istənilməsini, həmçinin bu haqda yayımlanan bütün reportaj və məqalələrin silinməsini, sonda isə iddiaçıya dəyən mənəvi zərərin əvəzi kimi cavabdehdən 10 min manat məbləğində vəsaitin deputat Əlibala Məhərrəmzadəyə ödənilməsini tələb etmişdi. Amma deputat məhkəmə prosesində öz iddialarını müdafiə etməkdən imtina edib. Qeyd edək ki, bir müddət bundan əvvəl deputat Əlibala Məhərrəmzadə jurnalist Cəlal Fərzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi. O zaman hakim Samir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında işin məhkəmə baxışına götürülməsindən imtina olunmuşdu. Qeyd edək ki, deputatın bu məhkəmə müraciətlərinə səbəb “7Times.az” informasiya agentliyində ötən ilin mart ayında və bu ilin aprel ayında deputat və onun mülkiyyətində olan şirkətlər tərəfindən Quba rayonu ərazisində aparılan qanunsuz tikintilərlə bağlı reportajların yayımlanması olub. Deputatın jurnalistə qarşı qaldırdığı xüsusi ittiham və mülki iddialar uğursuzluqla nəticələndi və hər iki prosesdə zəfər qazanan tərəf media oldu. Geri qayıt |