Əsas Səhifə > Güney Press > Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdırBu gün, 15:22 |
|
Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb. "DİA-AZ" Xitab24.az-a istinadla xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir. Geri qayıt |