Əsas Səhifə > Güney Press > SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni

SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni


Bu gün, 15:20

Xəbər verdiyimiz kimi, Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhddə təqsirləndirilərək həbs edilənlərdən biri də “Səs” qəzetinin əməkdaşı, sosioloq Elçin Bayramlıdır. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay azadlıqdan məhrum edilib.

Maraqlıdır, uzun illər YAP-ın rəsmi ruporu olan “Səs” qəzetində çalışan biri niyə bu addımı atıb?

Globalinfo.az-a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev jurnalistin qəzetində qonorar hesabına ştatdankənar çalışdığını bildirib:

“Əvvəllər müəyyən müddət bizimlə çalışıb, daha sonra müxtəlif sahələrdə fəaliyyət göstərib. Sonradan yenidən əməkdaşlığa başlayaraq araşdırma yazılarını və digər materiallarını təqdim edirdi. O, müstəqil jurnalist idi və bizimlə yalnız qonorar əsasında işləyirdi. Hazırda haqqında irəli sürülən ittiham onun bizimlə əməkdaşlıq etdiyi dövrlə və ya redaksiyadakı fəaliyyəti ilə bağlı deyil”.

B.Quliyev Elçin Bayramlı ilə aralarında mövzu ilə bağlı heç vaxt söhbət olmadığını vurğulayıb:

Jurnalist azad peşə sahibidir. Bu baxımdan heç vaxt onun əlavə məşğuliyyəti və ya fəaliyyət istiqamətləri ilə maraqlanmamışam. Sonradan eşitdim ki, ittiham olunan həkimlərdən biri ilə media sahəsində əməkdaşlıq edib və həmin şəxsin media işlərini aparıb. Lakin bu fəaliyyətin bizim redaksiya ilə heç bir əlaqəsi olmayıb”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E.Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt