Əsas Səhifə > Güney Press > Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu

Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu


Bu gün, 12:25

Gəncədə avtomobili sərxoş vəziyyətdə idarə edən şəxs bilmədən maşını ilə şəhər prokurorluğunun həyətinə daxil olub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Zamin Cəfərsoy (ad-soyad şərtidir) həmin an avtomobili arxaya doğru hərəkət etdirərək dövlət qurumunun həyətindən çıxmağa çalışıb, lakin nəqliyyat vasitəsi qapıya dəyib.

Onun ikinci cəhdində də oxşar hadisə yaşanıb. Bundan sonra hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları gəlib.

Sərxoş halda polisin qanuni tələblərinə məhəl qoymayaraq hüquqazidd hərəkətlərini davam etdirən şəxs, şəhər prokurorluğunun inzibati binasının həyətində xırda xuliqanlıq əməlləri törədib.

İş burasındadır ki, həmin sürücü sərxoşluq testindən də keçmək istəməyib, əvəzində həkimin ünvanına nalayiq ifadələr səsləndirib.

Sərxoş sürücü barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Geri qayıt