Əsas Səhifə > Güney Press / Ana xəbər > Magistratura ilə bağlı SOS
Magistratura ilə bağlı SOSBu gün, 11:09 |
|
Bu il magistraturada minlərlə plan yerinin boş qalması və yüksək bal toplayanların yarıbayarı azalması təsadüf deyil. Bu, illərdir davam edən köklü sistem xətasının nəticəsidir. Tribuna.az xəbər verir ki, bu fikirlərlə təhsil üzrə mütəxəssis Əmrah Həsənli bildirib. O qeyd edib ki, nə orta məktəbdə, nə də 4 illik universitet təhsili dövründə tələbəyə “Məntiq” fənni keçirilmir: “Amma magistraturaya qəbul imtahanında sualların tam yarısı — 50 sual sırf məntiqdən düşür! Tələbənin 4 il oxuduğu öz ixtisası isə ümumiyyətlə soruşulmur. Yəni biz gəncdən ixtisas bilikləri yox, heç bir rəsmi təhsil pilləsində tədris etmədiyimiz fəndən cavab tələb edirik. İxtisasını mükəmməl bilən gənc sırf repetitora və ya məntiq kursuna getmədiyi üçün sistemdən kənarda qalır. Nəticədə də ixtisaslı kadrlarımız magistraturadan soyuyur, yerlər boş qalır, keyfiyyət isə aşağı düşür. Təhsil proqramı ilə imtahan modeli arasındakı bu qopuqluq dərhal aradan qaldırılmalı, imtahanın fəlsəfəsinə yenidən baxılmalıdır”. Geri qayıt |