Əsas Səhifə > Güney Press / Partiya > "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?"
"Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?"Bu gün, 07:18 |
|
"Vərdişlər dəyişəcək, insanlar cibində yenə nağd pul gəzdirəcək. Kartdan karta pul köçürmələrinin sayına qoyulan həddin başlıca nəticəsi bu olacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məqsəd dövlətin vergi gəlirlərini artırmaq idisə, bu yolla ona çatmaq çətindir. Əksinə, bəzi lazımsız xərclər hətta artacaq. Məsələn, nağd pulun əllərdə çoxalması hüquq-mühafizə–məhkəmə sahəsinə aid hadisələrin çoxalmasına səbəb olacaq. Nəticə etibarı ilə, iqtisadiyyatımızın bu sahəyə xərci də artacaq. Sərmayə iqlimi ölkədə onsuz da "gözəldir" axı, bu qərar təsdiqlənsə onu biraz da "gözəlləşdirər".
Bundan başqa, neçə vaxtdır mal və xidmətlərə azalan tələbat biraz da zəifləyəcək. Ən azından əvvəl-əvvəl. Çünki ödənişin rahatlığı satış həcminə təsir edən amillərdən biridir. Tərəddüd edən alıcı son anda qərar verib nə isə alırdısa, indi almayacaq.
Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir? Çünki hökumətin məqsədi iqtisadiyyata tökdüyü neft pullarını özünə və özününkülərə geri yığmaqdır.
Məqsəd köhnə sərvətin yenidən bölgüsü yox, təzə sərvətin yaradılması olanda sağlam siyasət yeridiləcək..."
Geri qayıt |