Əsas Səhifə > Güney Press > “Yeyintini edən Əli İsa və komandasıdır”
“Yeyintini edən Əli İsa və komandasıdır”Bu gün, 12:26 |
|
“Görünən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) deyil, 3-5 nəfər qondarma təşkilatıdır, bir araya gələrək kinonun adını batırırlar”. "DİA-AZ"xəbər verir ki, bunu “Yeni Sabah”a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib. O, iyunun 30-a təyin olunmuş AKİ İdarə Heyətinin iclasına qatılmayanlardan biridir.
Bu qədər cinayət əməli olan bir təşkilatın üzvləri həyasızlıq edib, biabır olmaq istəyirlər. Kinodan əl çəksinlər! 99 faizinin kinodan xəbəri yoxdur. Bank hesablarına qədər bağlanıb. Çünki yeyinti aşkar olunub. Gələn həftə prokurorluğun istintaqı başlayacaq. Çoxsaylı faktlar var. 21 bəndlik cinayət əməlləri aşkar edilib”. Xalq artisti AKİ katibi Əli İsa Cabbarov və komandasını ittiham edib:
Yaşlı nəsil də gəncləri sıxışdırmır. Suya düşən saman çöpündən yapışır. Görürlər ki, əməlləri ifşa olunur, gic-gic danışırlar. AKİ-nin bağlanması məsələsi də cəfəngiyatdan başqa bir şey deyil. Nə danışdıqlarını bilmirlər”. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsidir. Geri qayıt |