Əsas Səhifə > Güney Press > Nəriman müəllim gördü ki, tərəddüd edirəm...
Nəriman müəllim gördü ki, tərəddüd edirəm...Bu gün, 12:09 |
|
2006-cı il. Düz 20 il öncə, Coğrafiya institutunun direktoru mərhum akademik Budaq Budaqov qəzetdə yazımı oxuyandan sonra mənə zəng edib dəvət elədi. O, illərdə hələ gənc idim, doktoranturanı yeni bitirmişdim. Başqa istiqamətdəydim, elm məni özünə çox çəkmirdi. Müdafiə edib başqa sahədə qalmaq planlarım idi. Bəlkə də qalsam idi, daha böyük bir yerdə, daha uğurlu və pullu bir vəzifədə idim.
Budaq müəllimin otağına getdim, Nəriman Həsənzadə də orda idi. Hər ikisi ilə oturub bir saata yaxın söhbət elədik, çay içdik. İki görkəmli adam mənim elmdə qalmağımı israrla təkid edirdilər. Budaq müəllim hətta mənim üçün belə bir məktub yazmışdı. Düşünürdü ki, motivasiya olacaq mənə.
Hər ikisinin təkidləri o qədər çox idi ki, nə cavab verəcəyimi bilmirdim. Nəriman müəllim gördü ki, tərəddüd edirəm. Belə bir söz dedi "Yaxşı biz ölüb getdik, bəs sonra, kim davam etdirəcək?".
Əlbətdə, mən supermen deyiləm, elə də böyük elmim yoxdu, mən nə edə bilərəm. Axı mənim olduğum sahədə dövlət üçün idi, millət üçün idi. Orda daha böyük işlər görürdüm. Lakin iki böyük insanın sözünü yerə sala bilməzdim. Bir müddət sonra ömrümü elmə verməyə qərar verdim, kasıb qaldım, evsiz oldum uzun illər, bu gün də demək olar heç nəyim yoxdur. Lakin Budaq və Nəriman müəllim kimi dəyərlərin sözünü yerə sala bilmədim. Mərhum AMEA prezidenti Mahmud Kərimovda dəfələrlə bunu məndən istəmiş idi.. Kitablarımın elmi məsləhətçisi olurdu ki, həvəsdən düşməyim
Elm mənə heç nə vermədi, sabah da heç nə verməyəcək. Ancaq bir şey verdi, Budaq Budaqov və Nəriman Həsənzadə, eyni zamanda mərhum akademik Mahmud Kərimov başda olmaqla əjdahaların inamını qazandım.
Budaq müəllim, Mahmud müəllim də rəhmətə gedəndə, bu gün də Nəriman müəllim rəhmətə gedib, eyni hissləri yaşayıram. Nə olacaq sonrası...Davam yoxsa bitdi hər şey..
Allah rəhmət eləsin hər üç dəyərli insana.
Zaur Əliyev - "DİA-AZ"
Geri qayıt |