Əsas Səhifə > Güney Press > Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var...
Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var...Bu gün, 11:28 |
|
ABŞ-da Demokratiyaların Müdafiəsi Fondunun Kibertəhlükəsizlik və Texnologiya İnnovasiyası Mərkəzinin baş direktoru Mark Montqomeri hesab edir ki, Ukraynanın Rusiya ballistik raketlərinə qarşı alternativi var. O, bu variantın qeyri-adi, lakin etibarlı bir alternativ təklif etdiyinə inanır. Moderator.az keçmiş ABŞ ordusunun kontr-admiralının bu barədə "The Washington Post" qəzetindəki köşəsinin xülasəsinin"Fokus" nəşrinə istinadla təqdim edir:
"Müəllifin sözlərinə görə, nə qədər ki, Ukrayna yalnız hava hücumundan müdafiəyə güvənir, düşmən zərbələrinə həssas olaraq qalır. Odur ki, yalnız raketləri dəf etmək deyil, həm də onların buraxılış qurğularını məhv etmək lazımdır.
Montqomeri qeyd edir ki, Patriot sistemi Ukraynanın ballistik raketlərə qarşı yeganə etibarlı müdafiəsi olaraq qalır, lakin həm batareyalar, həm də "PAC-3" tutucuları ciddi şəkildə çatışmır. Bu arada, Rusiya qışdan əvvəl enerji infrastrukturuna qarşı zərbələri bərpa etməyə hazırlaşaraq "İskəndər" və "Tsirkon" raketlərinin istehsalını artırır.
Alternativ "Freyja" sistemini hazırlamaq, "Patriot"-u lisenziyalaşdırmaq və "Lockheed Martin"-dən "PAC-3"-ün daha ucuz versiyası kimi mövcud alternativlər "müsbət həllərdir". Bununla belə, kontr-admiral açıq şəkildə etiraf edir ki, nəticələri illərlə gözləməli olacağıq.
"Alternativ var: oxu məhv etmək əvəzinə, oxatanı öldürün..."
"Daha səmərəli bir həll yolu var. Bu, fabriklər tikməyi və ya istehsal xətlərini genişləndirməyi nəzərdə tutmur. Bu, Ukraynanın artıq havada sahib olduğu şeylərdən daha səmərəli istifadəni nəzərdə tutur", - deyə hərbi zabit bildirir.
Onun fikrincə, ən yaxşı həll yolu Rusiya silahlarını və istiqamətləndirmə sistemlərini məhv etmək üçün "F-16"-lardan istifadə etməkdir. Söhbət "ERAM" dəqiq idarə olunan hava-hava bombaları ("AGM-188 Rusty Dagger"-"Paslı xəncər" kimi də tanınırlar) daxildir.
"AGM-188 Rusty Dagger"("Paslı xəncər") kimi də tanını "ERAM" raketi
Montqomeri deyir ki, ABŞ artıq bu sistemlərdən 3350-sinin Ukraynaya satışını təsdiqləyib. Onlar aktiv elektron müharibə mühitində işləmək qabiliyyətinə malikdir, lakin raketlər dinamik hədəfləmə yeniləmə qabiliyyəti olmadan istifadə edilə bilər. Müəllifə görə, bu məhdudiyyət bir neçə həftə ərzində "F-16"-nın silah idarəetmə sistemlərinə proqram təminatının yenilənməsi ilə aradan qaldırıla bilər və bu da pilotlara uçuş zamanı belə hədəf koordinatlarını yeniləməyə imkan verir.
“Hər halda, dronlar və "ERAM" ilə təchiz olunmuş F-16-lar vasitəsilə davamlı Ukrayna kəşfiyyatının birləşməsi ballistik raket təhlükəsinin qarşısını almağa kömək edəcək. Hər bir məhv edilmiş buraxılış qurğusu raketlərin Ukrayna şəhərlərinə və infrastrukturuna atılmasının qarşısını alır və qıt, defisit olan çoxmilyon dollarlıq resurslara qənaət edir”, - deyə kontr-admiral Montqomeri bildirib.
O, qeyd edir ki, bu yanaşmanın tətbiqi ABŞ tərəfindən bir neçə ucuz və sürətli addım tələb edir. Cənab Montqomerinin qeyd etdiyi kimi, bunlar “təkcə Rusiyanın ballistik raket təhlükəsini deyil, həm də mülki əhaliyə hücum etmək kimi sadist strategiyasını” birbaşa aradan qaldırır.
“Raketləri buraxılış qurğusundaca dayandırın. Texnologiya mövcuddur, platforma mövcuddur və silahlar artıq satışa təsdiqlənib. ABŞ siyasətində kiçik bir dəyişiklik Ukraynanın yaşamaq uğrunda mübarizəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər”, - deyə hərbçi mütəxəssis yekunlaşdırıb.
Geri qayıt |