Əsas Səhifə > Güney Press > İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu!

İstanbulda şübhəli şəkildə ölən “NIDA” üzvünün ANASI QƏTLƏ YETİRİLDİ: Qardaşı həbs olundu!


Bu gün, 11:13

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.

APA-nın əldə etdiyi məlumata görə, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.


Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır.


Geri qayıt