Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısı restoran müdirini döydü?
İcra başçısı restoran müdirini döydü?1-07-2014, 11:33 |
![]() Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayevlə restoran müdiri arasında dava olub. Bu barədə GUNXEBER.COM-a rayon sakinləri məlumat verib. Məlumatda iddia edilir ki, hadisə iki gün öncə icra başçısı Vaqif Abdullayevin Daşburun stansiyası istiqamətində fəaliyyət göstərən “Xan Bağı” restoranında istrahət etdiyi vaxt baş verib. Rayon sakinləri iddia edir ki, restoranda qonaq olan icra başçısı nədənsə əsəbləşib və restoran müdirini yanına çağırıb. Bu zaman mübahisə baş verib və icra başçısı restoran müdirini sillə ilə vurub. Daha sonra restoran müdiri icra başçısının arxasınca icra hakimiyyətinə gəlib və mübahisəni orada davam etdiriblər. Beyləqandan aldığımız məlumatlardakı iddeialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |