Əsas Səhifə > Güney Press > "KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı

"KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı


Bu gün, 01:58

"KÜRƏM" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin hazırda dövlət qarşısında 105.972,43 AZN məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, "Kürəm" MMC Bakıda yerləşən "KÜRƏM lahmacun & kabab house" iaşə və restoran şəbəkəsi üzrə xidmətlər göstərir.

100 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi, ev 10, mənzil 4 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Vüqar Tarverdi oğlu Əliyevdir.


Geri qayıt