Əsas Səhifə > Güney Press > Azərbaycanda dollar alanların sayı kəskin azalıb

Azərbaycanda dollar alanların sayı kəskin azalıb


Bu gün, 17:00

Bu il aprelin 1-dən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından 23-ü reallaşıb və baş tutan hərraclar çərçivəsində ümumilikdə 303 milyon dollar satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Taleh Kazımov qeyd edib ki, 2026-cı ilin ilk yarısında Mərkəzi Bank tərəfindən hərraclar vasitəsilə 757 milyon dollar satılıb.
Vurğulanıb ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard dollar, 2024-cü ilin ilk altı ayında isə 3,7 milyard dollar olub.


Geri qayıt