Əsas Səhifə > Güney Press > Dolqovun təslimiyyət çağırışının səbəbi

Dolqovun təslimiyyət çağırışının səbəbi


Bu gün, 15:33

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Konstantin Dolqov Ukraynanı təslim olmağa çağırıb. O qeyd edib ki, Ukrayna iqtisadi vəziyyətin pisləşməsi səbəbindən tezliklə atəşkəs istəyəcək.

Bu iddia nə dərəcədə əsaslıdır?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Dolqovun Ukraynanı tezliklə təslim olmağa çağırması Moskvanın müharibə ilə bağlı siyasi mesajdır:

“İlk baxışdan bu açıqlama yalnız Kiyevə ünvanlanmış çağırış kimi görünsə də, əslində, mesajın hədəfi daha genişdir. Əslində, Rusiyanın da vəziyyəti yaxşı deyil. Hətta Rusiya tərəfinin bəzən müəyyən çətinliklərin olduğunu açıq şəkildə dilə gətirməsi müharibənin həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan uzunmüddətli xarakter aldığını göstərir.

qabil huseynli esas

Qabil Hüseynli

Rusiyanın Ukraynaya təslim olmaq çağırışı klassik siyasi təzyiq mexanizmidir. Yəni tərəflərdən biri öz problemlərini gizlətmədən qarşı tərəfə “sənin vəziyyətin daha ağırdır” mesajı verməyə çalışır. Moskva bununla Ukrayna rəhbərliyinə və cəmiyyətinə müharibənin davam etdirilməsinin mənasız olduğu fikrini qəbul etdirməyə çalışır.

Moskvanın əsas hesabı ondan ibarətdir ki, zaman keçdikcə Ukraynaya verilən dəstək zəifləyə, Qərb ölkələri arasında fikir ayrılıqları dərinləşə və Kiyev danışıqlara daha zəif mövqedən getməyə məcbur qala bilər. Buna görə də “təslim olun” çağırışı yalnız hərbi məğlubiyyət tələbi deyil, həm də siyasi iradənin sındırılmasına yönəlmiş mesajdır.

Digər tərəfdən, Rusiya bu müharibədə ciddi resurs itkisi ilə üzləşir. İnsan itkisi, iqtisadi təzyiqlər və beynəlxalq məhdudiyyətlər Moskvanın qarşısında duran real problemlərdir”.


Geri qayıt