|
“Azərbaycan Kinematoqrafçılar İttifaqının yubileyinə gedirəm. Yoldaşlar xahiş etdi, mən də dözmədim. Yeriməkdə çətinlik çəkirəm”.
Bunu Bizim.Media-ya uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən Xalq artisti, rejissor Əbdül Mahmudov deyib.
O, bildirib ki, xeyli müddətdir ki, ev şəraitində müalicəsini davam etdirir:
“Moskvaya müayinəyə getmişdim. Baxdılar, yazdılar, pozdular. Prostatdan əməliyyatı vacib bildilər. İnşallah sentyabrda əməliyyat olunacam. Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar. Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır.... Görək də Allah kərimdir”, - deyə o, qeyd edib.
Geri qayıt
|