Əsas Səhifə > Güney Press > Ağamirzə efirlərdə niyə yoxdur?

Ağamirzə efirlərdə niyə yoxdur?


Bu gün, 13:06

Telekanallarda bəzi sənət adamlarına qoyulan qadağadan sonra, meyxanna ifaçıları da verilişlərdə görünmür. Onlardan biri də meyxana ustadı Ağamirzədir.

Onunla əlaqə saxlayıb, efirdə niyə görünməməsinin səbəbini soruşduq.

Yenicag.az-a açıqlama verən sənətçinin sualımıza cavabı belə oldu:

“Bəli, çoxdandır efirlərə çıxmıram. Verilişlərə çağıran yoxdur. Sözün düzü, səbəbini özüm də bilmirəm. Təkcə mən yox, digər həmkarlarım da çoxdandır efirlərdə yoxdur, dəvət etmirlər. Yaxşı olar, İnşallah… Yəqin yeni mövsümdə çağırarlar, biz də gedib iştirak edərik”.


Geri qayıt