Əsas Səhifə > Güney Press > Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıbBu gün, 09:53 |
|
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,39 ABŞ dolları və ya 0,4 faiz artaraq bir barel üçün 98,58 ABŞ dolları təşkil edib. Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,74 dollar və ya 0,79 faiz bahalaşaraq 94,86 dollar olub. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,51 dollar və ya 2,5 faiz artaraq bir barel üçün 61,99 dollara çatıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,96 dollar və ya 1,05 faiz artaraq bir barel üçün 92,16 dollara çatıb. Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb. “Trading Economics”in məlumatına əsasən, cam neftin qiyməti cümə günü bir barel üçün 82 ABŞ dollarına doğru geriləsə də, ABŞ və İran arasında yenidən alovlanan qarşıdurmanın Yaxın Şərqdən enerji tədarükünə əlavə risklər yaratması fonunda ay ərzində təxminən 20% artım nümayiş etdirməyə davam edir. Bildirilib ki, ABŞ ordusu İranın regiondakı Amerika obyektlərinə hücumlarına cavab olaraq İran hədəflərinə yeni zərbələr endirib. Bu isə yaxın müddətdə diplomatik həllə dair ümidləri zəiflədib. "Bununla belə, son günlərdəki azalmanın ardından Hörmüz boğazı vasitəsilə tanker daşımalarının həcmi artıb və milyonlarla barel xam neftin daşınması bərpa olunub. Eyni zamanda, Qırmızı dəniz bölgəsində Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi husi qruplaşmasının ötən həftə tətbiq etdiyi blokadadan sonra dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədilə 43 ölkənin nümayəndələri ilə dəniz koalisiyasının yaradılması barədə danışıqlar aparıb. Digər tərəfdən, treyderlər bu həftə neft tankerlərinə yeni hücumlardan sonra Qara dəniz regionunda Qazaxıstan neftinin ixracı üçün mühüm əhəmiyyət daşıyan terminalda yükləmələrin yenidən dayandırılması səbəbindən tədarükün pozulması risklərini də diqqətdə saxlayırlar", - məlumatda qeyd edilib. Geri qayıt |