Əsas Səhifə > Güney Press / Partiya > "Hökumətin səhv təsbiti burda da özünü göstərir "
"Hökumətin səhv təsbiti burda da özünü göstərir "Bu gün, 08:09 |
|
"2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir:
"Müqayisə üçün: 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub.
Dollara təlabat düşüb, çünki iqtisadi aktivlik azalıb, ÜDM artımı 0% civarındadır. Dollara tələbin kəskin azalması yaxşı bir gedişat deyil - idxal düşüb, çünki insanların alım gücü azalır, qiymətlət yüksək, real gəlirlərin artım tempi isə aşağıdır.
Hökumətin səhv təsbiti burda da özünü göstərir - hələ də əsas problemi büdcə gəlirlərin azalmasında görürlər, biznes və vətəndaşa əlavə maliyyə yükü gətirməklə bu məsələni həll etməyi düşünürlər. Bu isə əks-effekt verir, iqtisadi aktivliyi daha da zəiflədir və büdcə daxilolmaları artmır. Əsas hədəf iqtisadiyyatı canlandırmaq olmalıdır, bütün qərarlar bu yöndə alınmalıdır - o zaman büdcə gəlirləri də artacaq.
İndiki yol iqtisadiyyatı boğur..."
Geri qayıt |