Əsas Səhifə > Güney Press > II Qareginin işi üzrə məhkəmə iclası

II Qareginin işi üzrə məhkəmə iclası


Bu gün, 17:31

Bütün ermənilərin katolikosu II Qaregin və 6 yepiskopa qarşı iş üzrə ilk məhkəmə iclası avqustun 7-də keçiriləcək.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, iclas saat 16:00-da Eçmiədzində, Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsində başlayacaq. İşə hakim Akop Manukyan baxacaq.

Xatırladaq ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.


Geri qayıt