Əsas Səhifə > Güney Press > Azərbaycanda iki şirkət birləşdiyini elan etdi
Azərbaycanda iki şirkət birləşdiyini elan etdiBu gün, 16:46 |
|
“Gilan end Knauf” MMC yenidən təşkil olunur. Banker.az şirkətin rəsmi elanına istinadən xəbər verir ki, “Gilan end Knauf” MMC (VÖEN: 1400899261) “Gilan Ağcakənd Gips” MMC-nin (VÖEN: 4401131811) ona qoşulması yolu ilə yenidən təşkil edilir. Elanda bildirilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 38, mənzil 24 ünvanına təqdim edə bilərlər. “Gilan End Knauf” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 26 milyon 373 min 598,71 manat, qanuni təmsilçisi isə Tomas Machacekdir. Birləşdirilən “Gilan Ağcakənd Gips” MMC isə 2016-cı ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Qəbələ şəhərində yerləşən şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə İlkin Xəlili Həsən oğludur. Geri qayıt |