|
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 642,31 ton dondurulmuş skumbriya balığı idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan dondurulmuş skumbriyanın ümumi gömrük dəyəri 2 milyon 890,83 min dollar (4 milyon 914,41 min manat) təşkil edib. Qeyd edək ki, bu il idxal olunan dondurulmuş skumbriyanın 1 kiloqramının orta gömrük dəyəri 4,50 dollar (7,65 manat) olub. Dondurulmuş skumbriya Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib: Rusiya – 487,31 ton (bir kiloqramın orta gömrük dəyəri 8,08 manat); İslandiya – 81,68 ton (6,16 manat); Qrenlandiya – 24,32 ton (8,03 manat); Norveç – 28 ton (6,23 manat); Çin – 21 ton (4,91 manat).
Geri qayıt
|