Ölkə.az xəbər verir ki, bunu Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad olunan Elnur Azadxanov bildirib.
O vurğulayıb ki, vəzifə səlahiyyətlərini ən yaxşı formada həyata keçirmək üçün əlindən gələni edib:
“Gecəsi gündüzü bilinmədən canını fəda edən həkimlərimizlə birlikdə hər bir insanın həyatı uğruna 2 ilə yaxın bir müddətdə COVID xəstəxanasının idarəolunması kimi müqəddəs bir missiyanı icra etmək, daha sonra 44 günlük Vətən müharibəsində yaralılarımıza və şəhidlərimizin dəfnlərinin təşkilində xidmət etmək kimi ali bir missiyanı icra etmək nəsibimiz oldu.
Bununla yanaşı ölkədə sığorta təbabətinin təşkilində, strukturun formalaşdırılmasında, yeni xəstəxana idarəetmə sisteminin formalaşmasında yorulmadan çalışdıq. Bu günə qədər də hər bir xəstəyə həssas yanaşdıq. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı uğruna səylərimizi əsirgəmədik. Vətənimiz Azərbaycanın çiçəklənməsi üçün nə lazımdırsa bundan sonra da ərigəməyəcəyik və bundan qürur duyuruq. İnsanlığa xidmət etmək ən böyük xoşbəxtlikdir. Buna görə də mən dövlətimə və onun rəhbərinə sonsuz minnətdaram ki, bu şəraiti bizə yaratdı. Hər birinizə dərin hörmət və ehtiramlarımı çatdırıram”.