Əsas Səhifə > Güney Press > SEPAH Qeşm adasına hücuma cavab olaraq ABŞ-ın 3 ədəd F-35 təyyarəsini məhv etdiyini açıqlayıb
SEPAH Qeşm adasına hücuma cavab olaraq ABŞ-ın 3 ədəd F-35 təyyarəsini məhv etdiyini açıqlayıbBu gün, 15:01 |
|
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qeşm adasına endirdiyi zərbəyə cavab olaraq İordaniyadakı Əl-Əzraq hərbi bazasına ballistik raketlərlə hücum etdiyini açıqlayıb. APA-nın Tehran bürosunun məlumatına görə, EPAH-ın yaydığı bəyanatda bildirilib ki, ABŞ-ın Qeşm adasına hücumu nəticəsində yaşayış evlərinə ziyan dəyib və bir ailənin mülki üzvləri həlak olub. Bəyanata əsasən, cavab zərbəsi çərçivəsində SEPAH-ın Hərbi-Hava və Kosmik Qüvvələri Əl-Əzraq hərbi bazasında F-35 qırıcılarının yerləşdiyi məntəqəni və təmir anbarını bir neçə ballistik raketlə hədəfə alıb. SEPAH iddia edib ki, hücum nəticəsində ABŞ-a məxsus 3 F-35 qırıcısı tamamilə məhv edilib, daha 3 təyyarəyə ciddi ziyan dəyib. Bəyanatda həmçinin zərbə nəticəsində ABŞ qüvvələrinin bir neçə zabitinin, eləcə də texniki və təmir heyətinin həlak olduğu iddia olunub. Geri qayıt |