Əsas Səhifə > Güney Press > “Azərbaycan ərazisindən Ukrayna dronları buraxılır”
“Azərbaycan ərazisindən Ukrayna dronları buraxılır”Bu gün, 14:22 |
|
Ölkəmizə qarşı daima qərəzli mövqe tutduğuna görə yayımı qadağan edilən “EADaily” sərsəm iddia ortaya atıb “EADaily” İnformasiya Agentliyinin siyasi şərhçisi Mixail Oşerov son günlər Xəzərdəki hərbi gərginlik haqda “təhlil” yazıb. Musavat.com agentliyin məqaləsinə istinadın yazır ki, gərginlik iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində olan İran ticarət gəmisinə hücum etməsi ilə başlayıb. Hücum nəticəsində bir iranlı dənizçi həlak olub, daha biri yaralanıb: “Zelenski Ukrayna ordusunun Xəzər dənizindəki gəmilərə məqsədyönlü şəkildə zərbələr endirdiyini birbaşa təsdiqləyib və bunu həmin gəmilərdən Rusiya ilə İran arasında hərbi təyinatlı yüklərin daşınması üçün istifadə edilməsi ilə əsaslandırıb. İranın cavabı dərhal olub. Tehran hücumu qətiyyətlə pisləyib, Ukraynanın səfiri isə təcili olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb. İranın xarici siyasət qurumu Kiyevin hərəkətlərini BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib və simmetrik cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha sərt açıqlama verib: elit hərbi qurum qisas alınmasının zəruriliyini bəyan edib və Ukraynanın bütün ərazisinin İranın ballistik raketlərinin zərbə zonasına daxil olduğunu birmənalı şəkildə xatırladıb”. Azərbaycana qarşı daima qərəzli mövqe tutduğuna görə ölkə ərazisində yayımı qadağan edilən “EADaily” nin yazarı “İranın gəmisinə hücum, eləcə də Rusiyanın dərin arxa cəbhədə yerləşən obyektlərinə zərbələr İsrailin Azərbaycan ərazisindəki hərbi bazalarından həyata keçirilmiş ola bilər” deyə, sərsəm iddia ortaya atıb. Müəllif yazır ki, hadisələr iyulun 28-də günün ikinci yarısında gözlənilməz istiqamət alıb. Ukrayna rəhbərliyinin açıqlamalarının tonu köklü şəkildə dəyişib və aqressiv mövqeyi barışdırıcı ritorika əvəz edib: “Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. İran diplomatiyasının rəhbərinin söhbətin yekunlarına dair bildirdiyinə görə, Andrey Sibiqa faktiki olaraq öz prezidentinin yüksək səslə səsləndirdiyi bəyanatları təkzib edib. Ukraynalı diplomat Əraqçini əmin edib ki, ticarət gəmisinə zərbə qəsdən endirilməyib və Kiyevin Tehranla münaqişənin eskalasiyasında heç bir marağı yoxdur”. Geri qayıt |