Əsas Səhifə > Güney Press > Azərbaycanlıların olduğu növbəti gəmiyə
Azərbaycanlıların olduğu növbəti gəmiyəBu gün, 13:17 |
|
Qara dənizdə Odessa limanı yaxınlığında göyərtəsində azərbaycanlı dənizçilərin olduğu quru yük gəmisi dron hücumuna məruz qalıb. "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Panama bayrağı altında üzən və "Albatros Corporation" şirkətinə məxsus olan "ATA -2" adlı quru yük gəmisinə 3 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Zərbələr nəticəsində gəmiyə ciddi ziyan dəyib. Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12 nəfəri Azərbaycan, 1 nəfəri isə Türkiyə vətəndaşı olan dənizçilərdir. Hücum zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Hazırda gəmi heyəti təhlükəsizlik məqsədilə Rumıniyanın Sulina şəhərindədir. Geri qayıt |