Əsas Səhifə > Güney Press > “Paylaşmaqla düz etmirlər, bizi qınayırlar ki...”
“Paylaşmaqla düz etmirlər, bizi qınayırlar ki...”Bu gün, 12:23 |
|
“Atamın məzarı heç vaxt baxımsız qalmayıb. Sadəcə olaraq ot elə bir bitkidir ki, 5-10 gün keçəndən sonra da bitir. Tez-tez məzar üstünə gedib-gələ bilmirəm, öz problemlərim var, amma vaxtaşırı nəzarət edirik. Amma əmimoğlu, müğənni Orxan Cəlilov ora adam tutub, tez-tez təmizlətdirirdi. Sadəcə imkan olmadığı üçün qəbirin üstü yenilənməyib. Bilirsiniz ki, Orxan gənc müğənnidir, vaxtı çatanda onu da edəcək. Nə olubsa 10 gün ərzində olub. Götürüb onu tez-tələsik sosial şəbəkədə yayıblar. Bu heç də doğru bir şey deyil” Bunu Moderator.az-a özəl açıqlamasında mərhum müğənni Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva deyib. O daha sonra əlavə edib:
Niyə baxmırıq ki? Övladına nə olub ki? Mən sadəcə istəmirəm ki, kimlərəsə nəsə pis rəy yazım. Onlar da fikirləşirlər ki, biz həqiqətən də gedib-gəlmirik. Kim olsa belə fikirləşər də. Mən o rəy yazanları da qınamıram. Onlar məni də tanımırlar axı” deyə mərhum sənətkarın qızı Şəlalə Vəliyeva deyib.
Geri qayıt |