Əsas Səhifə > Güney Press > “102”yə zəng edib oğurlandığını dediyi pul telefonun arxasında imiş...

“102”yə zəng edib oğurlandığını dediyi pul telefonun arxasında imiş...


Bu gün, 11:25

Qəbələdə sərxoş vəziyyətdə ictimai asayişi kobud şəkildə pozaraq xırda xuliqanlıq əməli törədən 1997-ci il təvəllüdlü rayon sakini Cəbrayıl Daşdəmirov (ad-soyad şərtidir) inzibati qaydada məsuliyyətə cəlb edilib.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, evdə spirtli içki qəbul etdikdən sonra şəhərdə gəzmək qərarına gəlib.

Bu zaman yenidən marketdən spirtli içki almaq istəyən şəxs, mağazaya daxil olarkən ona məxsus 50-60 manat pulun cibində olmadığını görüb. Pulun oğurlandığını düşünən Cəbrayıl DİN-in 102" xidmətinə zəng edib. Lakin sonradan oğurlandığını düşündüyü pulun telefonun arxasında olduğunu görüb.

Polis isə vətəndaşa zəng edərək, müraciətinin araşdırılması üçün onu Qəbələ RPŞ-yə dəvət edib. Həmin ünvana yaxınlaşan C.Daşdəmirova dəvət olunmasının səbəbi izah edilsə də, o, içəri daxil olmayaraq, ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozub, ətrafdakıların diqqətini özünə çəkib.

Qəbəlı Rayon Məhkəməsində keçirilən prosesdə əməlini etiraf edən şəxs, barəsində cərimə növündə cəzanın təyin edilməsini xahiş edib. Məhkəmə isə onun 7 sutka inzibati qaydada həbs edilməsi ilə bağlı qərar çıxarıb.


Geri qayıt