Əsas Səhifə > Güney Press > Bakının sınıq-salxaq, kondisionersiz avtobusları
Bakının sınıq-salxaq, kondisionersiz avtobuslarıBu gün, 11:14 |
|
Bakıda son illər ictimai nəqliyyat parkının yenilənməsi istiqamətində mühüm addımlar atılsa da, paytaxt küçələrində hələ də köhnə və kondisionersiz avtobuslara rast gəlinir. Xüsusilə yay aylarında havanın temperaturunun 35-40 dərəcəyə çatdığı günlərdə 36, 50 və 55 nömrəli marşrutlarda istismar olunan köhnə avtobuslar sərnişinlər üçün ciddi narahatlıq yaradır. Kondisioner sistemi olmayan bu nəqliyyat vasitələrində hərəkət etmək həm rahatlığı azaldır, həm də yaşlılar, uşaqlar və səhhətində problemi olan şəxslər üçün əlavə risk yaradır. Bu da göstərir ki, avtobus parkının yenilənməsi davam etsə də, paytaxtda bu sahədə həllini gözləyən problemlər hələ də qalmaqdadır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a verilən məlumata görə, 36, 50 və 55 nömrəli marşrutlarda istismar olunan avtobuslar kondisionerlə təchiz edilməyib. "Bildiririk ki, qeyd olunan marşrutların daşıyıcılarına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıqlar verilib. Daşıyıcılar tərəfindən avtobusların yenilənməsinin nəzərdə tutulduğu və bu istiqamətdə iş aparıldığı bildirilib. 64 nömrəli marşrut avtobuslarında isə kondisioner sistemi mövcuddur. Lakin istənilən avtobusda kondisioner sistemində texniki nasazlıq yarana bilər. Belə hallarda nasazlığın operativ şəkildə aradan qaldırılması üçün daşıyıcıya müvafiq göstəriş və xəbərdarlıq edilir. Sözügedən marşrutun daşıyıcısına da kondisioner sisteminin daim saz vəziyyətdə saxlanılması barədə xəbərdarlıq olunub", – deyə məlumatda bildirilir. Musavat.com Geri qayıt |