|
Müsavat Partiyasının başqanı, əslən Füzuli rayonundan olan İsa Qəmbər 33 ildən sonra işğaldan azad edilmiş Qarabağ bölgəsinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli sosial şəvbəkədə məlumat paylaşıb.
"Doğma Qarabağdayıq. İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı, Razim Əmiraslanli, Cəmaləddin Heybet, Azər Şükür, Elxan Mehdi və bəndəniz", - deyə o, Qarabağdan paylaşdığı şəkillərə şərh yazıb.
Paylaşılan şəkillərdən görünür ki, Müsavat rəhbərliyi Xocavənd rayonunun Hadrus qəsəbəsində, Füzuli şəhərində, Füzuli Beynəlxalq Hava Limanında olub. Onlar Azıx mağarasını ziyarət ediblər.
"Azıx mağarasının ziyarət edilməsi Hadrut qəsəbəsinin alınması uğrunda həlak olan Səid Rəşidzadə və Teymur Abbaslının şərəfli şəhadətə nəsib olduğu yerlərin ziyarətindən sonra ən uğurlu ziyarəti iz oldu", - deyə səfərdə iştirak edən Müsavat Partiyasının başqan müaviniGülağa Aslanlı bildirib.



Geri qayıt
|