Əsas Səhifə > Güney Press > MİLLİ ÇIXIŞ YOLU...

MİLLİ ÇIXIŞ YOLU...


Bu gün, 07:17

Fransada son aylarda baş verən bir neçə məşhur sənət oğurluğundan sonra Mədəniyyət Nazirliyi muzeylərin təhlükəsizliyini gücləndirmək üçün yeni plan hazırlayıb. Söhbət əməkdaşların əlavə hazırlığından, müasir təhlükəsizlik sistemlərinin qurulmasından və qiymətli eksponatların daha etibarlı qorunmasından gedir.
Eyni vaxtda Böyük Britaniyada V&A Muzeyinin əməkdaşları əməkhaqqının artırılması və isti hava şəraitində iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə hazırlaşırlar. Yəni bir ölkədə problem yarananda sistemin necə təkmilləşdirilməsi müzakirə olunur, digər ölkədə isə həmin sistemi işlədən insanların əməyinə və iş şəraitinə diqqət çəkilir.
Bizdə problemlərin qəribə taleyi var. Sistem səhv edəndə sistem özünü yoxlamır, insanı yoxlayır. Divar çatlayanda bənnanı yox, müəllimi imtahana çəkən məntiq kimi... Belə xəbərləri oxuyanda istər-istəməz özümüzü də düşünürəm. Bizdə oxşar hadisə baş versəydi, böyük ehtimalla ilk müzakirə təhlükəsizlik sistemlərinin yenilənməsi və ya işçilərin peşəkar inkişafı olmazdı. Ənənəvi ssenari işə düşərdi: "attestasiya keçiriləcək", "kadr islahatları aparılacaq", "günahkarlar müəyyən ediləcək". Sanki hər problemin yeganə həlli işçini imtahandan keçirməkdir.
Günel Qarayeva - "DİA-AZ"

Geri qayıt