Əsas Səhifə > Güney Press > Biz bir dəfə bunu etmişik...

Biz bir dəfə bunu etmişik...


Bu gün, 07:00

"Sabah"ın rəqibi sürpriz şəkildə "Orxus" oldu. İlk matçda evdə 1:4 uduzmuşdular, bu gün cavab qarşılaşmasında eyni hesabla səfərdə qalib gəldilər. Penaltilərlə də növbəti mərhələyə adlamağı bacardılar. Möhtəşəm əzmkarlıq, döyüşkənlik nümayiş etdirən danimarkalılar haqda ancaq xoş sözlər söyləmək olar.
Düzü, "Lex"in keçməsini istəyirdim. Çünki polyaklar daha zəif idilər, onlarla oynamaq nisbətən asan olacaqdı. Ancaq biz istəməklə deyilmiş.
"Orxus"la "Sabah" arasında müəyyən oxşarlıq var. Hər iki komanda ölkələrinin mütəmadi çempionu olan müvafiq olaraq "Kopenhagen" və "Qarabağ"ın son ÇL mövsümünə aludə olma və yorğunluğundan məharətlə yararlanaraq qızıı medallara sahib çıxıblar. Maraqlıdır ki, bu iki komanda qrupda qarşılaşmış, Azərbaycan çempionu Bakıda qalib gəlmişdi. Ümid edək ki, yeni çempionların duelində də bizim təmsilçimiz üstün tərəf olacaq.
Kənan Məstəliyev - "DİA-AZ"

Geri qayıt