Əsas Səhifə > Güney Press > Müharibələr davam edir...

Müharibələr davam edir...


Bu gün, 06:54

Pentaqon hərbi-sənaye korporasiyası "Lockheed Martin" ilə "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi üçün sursatların istehsalı və tədarükünə dair müqavilənin dəyərini 58,6 milyard dollara qədər artırıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının bəyanatında deyilir.

Aprel ayında ABŞ hərbçiləri "Lockheed Martin"dən 4,7 milyard dollar dəyərində PAC-3 MSE idarəolunan zenit raketləri sifariş ediblər. İndi ilkin olaraq bir il müddətinə nəzərdə tutulan müqaviləyə yenidən baxılıb.

Onun dəyəri 53,9 milyard artırılaraq 58,6 milyard dollara çatdırılıb, icra müddəti isə yeddi ilə qədər uzadılıb.

Bir sıra ABŞ media resurslarının məlumatına görə, bu, ən böyük sövdələşmədir. Həmçinin müqavilənin şərtlərinin gələcəkdə dəyişdirilməsi imkanı istisna edilmir.

ABŞ Quru Qoşunlarından qeyd ediblər ki, yeni sifariş "Lockheed Martin"ə istehsal gücünü artırmağa imkan verəcək. 2030-cu ilin sonuna kimi şirkətin PAC-3 MSE raketlərinin istehsalını üç dəfə artıra biləcəyi gözlənilir.


Geri qayıt