Əsas Səhifə > Güney Press > “Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki,
“Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki,Bu gün, 06:24 |
|
“Bu gün mən tək deyiləm. Səmədin sənət yoldaşları, dostları, yaxınları mənim yanımdadır. Ən əsası isə övladlarım mənim yanımdadır, bu isə mənim üçün hər şeydən vacib və önəmlidir. Bir neçə gün öncə Səmədin vəfat günü idi. Sənət yoldaşları Sevda Əliqızı, Ruhəngiz Allahverdiyeva, Ruhəngiz Musəvi, Tural Qismət, ansamblından uşaqlar zəng edirlər, soruşurlar. Mən onlardan çox razıyam, çünki biz bir ailə kimi olmuşuq. Flora xanım Kərimovaya zəng edib, hal-əhvalını soruşuram. Çünki mən ondan yaşca kiçiyəm. Səmədin yerini mənə heç kim vermir. Heç uşaqlarım da. Çalış ölmə” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Səməd Səmədovun ömür-gün yoldaşı İradə Qasımova deyib. O daha sonra övladlarının atasının adından heç vaxt istifadə etmədiyini bildirib: “Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki, biz Səmədin uşaqlarıyıq. Mətbuata heç vaxt çıxmayıblar. Sadəcə olaraq ilk və son dəfə Cavid İmamverdiyevin Səməd haqqında çəkdiyi sənədli filmdə danışıb, atalarının necə insan olmaqları haqda söhbət açıblar. Murad Dadaşov bu filmi 3-4 dəfə Xəzər televiziyasının efirində verib. Özü də zəngsiz, xahişsiz. Heç kimdən buna görə xahiş etməmişəm” deyə o bildirib. İradə Qasımova efirləri izləmədiyini bildirib: “Mən efirlərə baxmıram. Azərbaycan kanallarını qətiyyən izləmirəm. Sevda Əliqızı efirdə Səməd haqda danışanda belə mənə vatsapa link yollayır, oradan izləyirəm. Hansı müğənnilərin olmasından da xəbərsizəm. Mənə elə gəlir ki, Azərbaycanda artıq şou-biznes yoxdur. İlhamə xanım Quliyevanın ölümündən sonra bu da yox oldu. Biz İlhamə xanımla çox yaxın dost olmuşuq. Allah ona da qəni-qəni rəhmət etsin” deyə sənətkarın ömür-gün yoldaşı bildirib. Geri qayıt |