Əsas Səhifə > Güney Press > Yusif Mustafayevdən onu QINAYANLARA:
Yusif Mustafayevdən onu QINAYANLARA:Bu gün, 13:24 |
|
“Axı mən kimə maneə yaradıram?”. Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Yusif Mustafayev “Qonaqcanlı” verilişində deyib. Sənətçi onu qınayanlara səslənib: “Hərdən mənə irad tuturlar ki, Yusif Mustafayev, daha yaşlanmısan, cavanlara yol ver, get otur evində. Vallah mən gedib evdə otursam, bu sənətdən uzaq düşsəm, bəlkə də heç 5-6 ay yaşamaram. Allahıma şükür edirəm ki, bu yaşımda da məni el-oba məclisinə çağırır, məni sevir. Bir də ki, axı mən kimə maneə yaradıram? Əksinə, bacardığım qədər cavanlara dəstək oluram, əl tuturam, yol açıram. Həmişə də belə olacağam. Heç onlardan qarşılıq da gözləmirəm. Bilsələr də, bilməsələr də… Əsas odur, Allah bilsin”. Geri qayıt |