|
2026-cı il üçün Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, nominal dövlət borcunun həcminə görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Yeniavaz.com xəbər verir ki, ABŞ-nin dövlət borcu 40,7 trilyon dolları ötərək siyahıda növbəti dörd ölkənin ümumi borcunu da üstələyir. ABŞ nominal borcun həcminə görə lider olsa da, borcun ÜDM-ə nisbəti baxımından ilk yerdə deyil. ABŞ-da bu göstərici 125,8% təşkil edir. Borcun ÜDM-ə nisbətinə görə ilk sırda Yaponiya qərarlaşıb. Bu ölkədə dövlət borcu ÜDM-in 204,4%-nə bərabərdir. Dövlət borcunun həcminə görə ilk 15 ölkə aşağıdakı kimi olub: ABŞ – 40 739 milyard dollar Çin – 22 290 milyard dollar Yaponiya – 8 951 milyard dollar Birləşmiş Krallıq – 4 418 milyard dollar Fransa – 4 258 milyard dollar İtaliya – 3 790 milyard dollar Almaniya – 3 523 milyard dollar Hindistan – 3 464 milyard dollar Kanada – 2 776 milyard dollar Braziliya – 2 544 milyard dollar İspaniya – 2 054 milyard dollar Meksika – 1 330 milyard dollar Sinqapur – 1 134 milyard dollar Avstraliya – 1 075 milyard dollar Cənubi Koreya – 1 050 milyard dollar
Dövlət borcunun ÜDM-ə nisbətinə görə isə ilk 15 ölkə bunlardır: Yaponiya – 204,4% Sinqapur – 171,9% Sudan – 169,1% Bəhreyn – 152,4% İtaliya – 138,4% Yunanıstan – 136,9% Seneqal – 132,3% Maldiv adaları – 129,4% ABŞ – 125,8% Ukrayna – 122,6% Butan – 120,3% Sent Vinsent və Qrenadinlər – 120,1% Fransa – 118,4% Kanada – 110,7% Belçika – 109,2%
Məlumat üçün onu da bildirək ki, 2026-cı il 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 4 milyard 689,3 milyon dollar təşkil edib. Proqnozlara görə, bu il xarici dövlət borcunun ÜDM-yə nisbəti isə 6,1% təşkil edəcək. Azərbaycanda daxili dövlət borcunun səviyyəsi isə 16 milyard 492,9 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edir.
Geri qayıt
|