Əsas Səhifə > Güney Press > Dambrauskas müəllim Azərbaycan futbolu adına NİYƏ DANIŞIR Kİ?
Dambrauskas müəllim Azərbaycan futbolu adına NİYƏ DANIŞIR Kİ?Bu gün, 06:24 |
|
Transfermarketə görə, ümumi dəyəri 18 milyon avro olan "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas dəyəri 6 milyon avro olaraq hesablanan KuPS klubuna qalib gəldikdən sonra, bir az mütəvazi danışa bilərdi. Ancaq, Dambrauskas "KuPS" qarşısındakı qələbəni Azərbaycan futbolu adına "tarixi naliyyət" adlandırır. Bəlkə "Sabah" adına tarixi naliyyət desəydi, bu anlaşılırdı. Hörmətli Dambrauskas müəllim, Azərbaycan futbolu adına tarixi naliyyət "Qarabağ"ın "Benfika"ya Portuqaliyada qalib gəlməsi idi, tarixi naliyyət "Qarabağ"ın "Braqa"nı yenə də Portuqaliyada 4:2 məğlub etməsi idi, tarixi naliyyət Bakıda "Çelisi" ilə bərabərə qalması idi və sairə... Amma biz Qurban Qurbanovun ağzından hətta o böyük klublara qarşı qələbələr zamanı belə "Azərbaycan futbolu adına tarixi naliyyət" ifadəsini duymadıq. Onu biz yazdıq...
P.S. Bu arada qeyd edim ki, şəxsən mən bütün Azərbaycan klublarının Avropa kubok yarışlarında qalib gəlməsini istəyirəm, o cümlədən "Sabah"ın. "Sabah"ı "KuPS" qarşısındakı qələbə münasibəti ilə də təbrik edirəm. Ancaq, heç nə şişirdilməməli, hədd gözlənilməli və Azərbaycan futbolu adına daha öncə qazanılan naliyyətlərə kölgə salınmağa cəhd edilməməlidir. Bu ölkənin Qarabağı ötən sezon dünyanın ən böyük klub turniri olan Çempionlar Liqasında dünya nəhəngləri ilə play-off oynayıb e... Adı it dəftərində olmayan "KuPS" qarşısındakı qələbə niyə Azərbaycan futbolu adına "tarixi naliyyət" olmalıdır ki?
Ruslan Bəşirli - "DİA-AZ"
Geri qayıt |