Əsas Səhifə > Güney Press > “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq

“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq


Bu gün, 12:24

Niderlandın dəniz mühəndisliyi və offşor xidmətləri sahəsində fəaliyyət göstərən “Boskalis” şirkətlər qrupunun Azərbaycanda fəaliyyət göstərən iki hüquqi qurumunun ləğvi elan olunub.

Banker.az xəbər verir ki, “Boskalis Offshore Subsea Contracting Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701692441) ləğv olunduğunu elan edib.

Bununla yanaşı, “Boskalis Offshore Subsea Contracting B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701727291) da ləğv olunduğunu açıqlayıb.

Filialın kreditorlarına da tələblərini iki ay müddətində eyni ünvana – AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirmək çağırışı edilib.

“Boskalis Offshore Subsea Contracting Azerbaijan” MMC 22 oktyabr 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 000 avro təşkil edir və direktoru Peter Georges Raymond Devinck-dir.

“Boskalis Offshore Subsea Contracting B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı isə 6 yanvar 2015-ci ildə vergi uçotuna götürülüb. Filialın qanuni təmsilçisi Jacobus François Adriaan De Blaeij-dir.

Qeyd edək ki, Boskalis Niderlandda yerləşən və dəniz mühəndisliyi, offshore enerji layihələri, sualtı tikinti işləri, boru kəmərlərinin quraşdırılması, dəniz dibinin qazılması (dredging) və digər dəniz infrastrukturu xidmətləri üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət müxtəlif ölkələrdə neft-qaz və bərpa olunan enerji layihələrində podratçı kimi fəaliyyət göstərir.

Ləğv elanlarında şirkətlərin fəaliyyətinin dayandırılmasının səbəbi açıqlanmayıb.


Geri qayıt