Əsas Səhifə > Güney Press > Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib


Bu gün, 10:18

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.

"DİA-AZ" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliklə komissiyanın üzvləri sırasında TƏBİB-in İcraçı direktoru yox, direktor müavini təmsil olunacaq.


Geri qayıt