Əsas Səhifə > Güney Press > Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə:
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə:Bu gün, 08:44 |
|
Dünya neft bazarında qiymət enişi davam edir. Musavat.com xəbər verir ki, bazar iştirakçıları ABŞ-la İran arasında hərbi eskalasiyanın azalması, danışıqların yenidən bərpa olunması prosesini qiymətləndirirlər. Xüsusilə də İranla Oman arasında Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası üzrə danışıqları dünya bazarına neft tədarükünün artması ehtimalınıl yüksəldir. Bütün bunlar iyulun 20-dən sonra kəskin artan qiymətlərin yenidən 87 dollardan aşağı düşməsini şərtləndirib. Londonun ICE birjasında Brent neftinin bir bareli 86,5 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin 1 bareli isə 80,9 dollara ticarət olunur. Geri qayıt |