Əsas Səhifə > Güney Press > Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi

Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi


Bu gün, 18:40

“Sosial Xidmətlər Agentliyi” PHŞ-nin (VÖEN: 1405196831) tenderi ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, tender çərçivəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması nəzərdə tutulurdu və 3 milyon 386 min manat vəsait ayrılmışdı.

Tenderin ləğv edilmə səbəbi satınalmada iştirak etmək üçün müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub.

Qeyd edək ki, dövlət qurumu bu tenderi ötən ayın 8-i elan etmişdi və son müraciət tarixini 15 iyuna müəyyənləşdirmişdi, - yəni tenderdə iştirak üçün 1 həftə vaxt verilmişdi.


Geri qayıt