Əsas Səhifə > Güney Press > “Bizim aydın şərtimiz var...

“Bizim aydın şərtimiz var...


Bu gün, 07:44

Rusiya Prezidenti Vladimir Putin bu payız səfərbərliyin genişləndirilməsi üçün şərait hazırlayır.
"DİA-AZ" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat məlumatlarına istinadən deyib. Onun sözlərinə görə, bu ilin əvvəlində Rusiya ordusu sıralarına 221 min adam daxil olub, itkilər 225,5 min nəfər olub. O bunların 131 nəfərinin öldürüldüyünü, qalanlarının isə yaralandığını söyləyib:
“Putin sadəcə yeni rusiyalıları müharibəyə cəlb etməyə hazırlaşır. O başqa sözlərlə, siqnallarla maskalanır, amma hazırlaşır. Vacib olan odur ki, biz tərəfdaşlarımızlar Rusiyaya kifayət qədər təzyiq edək ki, aqressiyanın dayandırılması fikri dominantlıq etsin”.
Zelenski həmçinin Rusiyanın İrana aktiv yardım etdiyini və bu barədə informasiyanı tərəfdaşları ilə paylaşacağını vəd edib. Onun sözlərinə görə, Rusiya ilin əvvəlindən Fars körfəzi ölkələrinin ərazilərinin aktiv peyk çəkilişlərini aparır:
“Sonradan bu görüntülər İranın əlinə düşür. Bununla belə Rusiyanın çəkilişləri ilə İranın zərbələri arasında dəqiq korelyasiya var”.
Zelenskinin açıqlamaları fonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Ukraynada konfliktin dondurulması fikrini şərh edib. O, artıq Ukraynada konfliktin Ukrayna hakimiyyətinin mövqeyinə görə dondurulmasının qeyri-mümkün olduğunu söyləyib:
“Bizim aydın şərtimiz var. Biz hədəflərimizə çatmalıyıq”.
Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralından davam edir. Rusiya müharibə nəticəsində Ukrayna ərazilərinin bir çox hissəsini işğal edib. Bununla belə Kiyev müharibə ərzində Rusiyanın iç hissələrinə xüsusilə neft emalı zavodları və gəmilərinə zərbələrini artırıb. Bu da Rusiyanın bəzi regionlarında yanacaq qıtlığı yaradıb.

Geri qayıt