Əsas Səhifə > Güney Press / Partiya > "Nədən insanları məntiqsiz, avam sayırsız?!."

"Nədən insanları məntiqsiz, avam sayırsız?!."


Bu gün, 07:39

Rəsmi statistikaya əsasən, bu il ölkəyə səfər "edən turistlərin sayı ötən dövrlə müqayisədə 11% azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30%-dən çox olduğu bildirilir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, mövcud vəziyyəti təhlükəli tendensiya kimi qiymətləndirmək düzgün deyil. Sitat:
“Turistlərin sayındakı azalmada qorxulu bir məqam yoxdur. Bəziləri bu məsələni həddindən artıq şişirdirlər. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallar turizmin inkişafına təbii şəkildə təsir göstərir”.
Rəsmilər nə istəyir desin, problem yoxdur, sadəcə bizi ağılsız hesab etməsin - bu insana çox pis təsir edur.
Bu ilin ilk 6 ayında Gürcüstanda, Ermənistanda turist sayı artıb, rəsmi şəxsin dediyi məsələlər niyə onlara təsir göstərmir, bizə təsiri ciddidir?! Nədən insanları məntiqsiz, avam sayırsız?!"

Geri qayıt