Əsas Səhifə > Güney Press > Rusiya hücum etsə, döyüşməyəcəklər
Rusiya hücum etsə, döyüşməyəcəklərBu gün, 07:03 |
|
Avropa ölkələrinin vətəndaşları Rusiyanın mümkün işğalı halında öz ölkələrini müdafiə etmək istəmədiklərini bildiriblər. Lakin silahlı münaqişə həqiqətən başlayacağı təqdirdə bu əhval-ruhiyyə dəyişə bilər. Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb. Nəşr Böyük Britaniyada bu yaxınlarda keçirilən sorğunun nəticələrinə istinad edir. "Sorğuda respondentlərin cəmi 6%-i ölkəyə hücum ediləcəyi təqdirdə onu müdafiə etmək üçün könüllü şəkildə silaha sarılacağını bildirib. Daha 14% respondent isə hökumət tərəfindən birbaşa səfərbər olunacağı təqdirdə hərbi xidmətə razı olacağını bildirib. Bu qədər aşağı göstəricilər mövcud beynəlxalq vəziyyət fonunda olduqca təəccüblü görünür", - deyə bildirilib. Məqalə müəllifi istehza ilə yazır ki, əgər o, Rusiya Prezidenti Vladimir Putinin yerində olsaydı, artıq hərbi gəmiləri Dover (İngiltərənin liman şəhəri) sahillərinə düzmüş olardı. Geri qayıt |