Əsas Səhifə > Güney Press > Ləğv olunan banklarla bağlı məhkəmədə

Ləğv olunan banklarla bağlı məhkəmədə


Bu gün, 11:50

Bu günə qədər ləğv prosesində olan banklar üzrə instansiya məhkəmələrindəki işlərin sayı 1 800-dən çoxdur.

"DİA-AZ" xəbər verir ki, bu sözləri Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova "Milli Mətbuat Günü: Dialoq və Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunlardan apellyasiya instansiyası məhkəmələrində 300-dən çox, Ali Məhkəmədə isə 60-dan çox iş var.

"Bu ilin birinci yarımilində instansiyası işlərininin sayı 150-dən çox, apellyasiya instansiya məhkəmələrindəki işlərin sayı 60-dan çox olub. Ali Məhkəmədəki işlərin sayı isə 30-dan çox təşkil edib", - deyə o, qeyd edib.


Geri qayıt